Ben Qurion hava limanı boşaldılıb


Ben Qurion Hava Limanında tüstülənən bağlama aşkar edildikdən sonra fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” xəbər agentliyi İsrail Yanğından Mühafizə və Xilasetmə Xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, bütün hava limanı işçiləri təxliyə edilib və hazırda bağlamanın növünü müəyyən etmək və onu çıxarmaq üçün monitorinq işləri aparılır.
Qeyd edək ki, bu gecə Yəmənli husilər Ben Qurion hava limanını vurduqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top