Keşlədə 37 nəfər təxliyə olundu, nazir müavini əraziyə getdi – Video


Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən bəzi evlər subasmaya məruz qalıb.
Yeniavaz.com
xəbər verir ki, FHN məsələ ilə bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 37 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri hazırda davam etdirilir.
Qeyd olunub ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Adil Abdullayev hadisə ilə əlaqədar ərazidədir.

DİGƏR XƏBƏRLƏR

Top