İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?


İranın hava məkanı daha bir həftə, 12 aprelə qədər bağlı qalacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərq aviasiya tənzimləyici dairələrindəki mənbəyə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbəti ölkənin aviasiya orqanlarının müvafiq qərarına istinadən bildirib ki, ilkin məlumatlara görə, İran səması 12 aprel bazar günü, saat 08:30-a qədər uçuşlar üçün bağlı olacaq.
Qeyd olunub ki, qadağanın istisnalarına dövlət, hərbi və tibbi aviasiya uçuşları, eləcə də axtarış-xilasetmə məqsədləri üçün uçuşlar və mülki aviasiya orqanının ayrıca icazələri ilə həyata keçirilən uçuşlar daxil ola bilər.
Xatırladaq ki, ABŞ və İsrailin hərbi əməliyyatının başlamasından sonra, 28 fevral səhəri İranın hava məkanı bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top