
Erməni terrorunun məşhur ideoloqlarından biri Zori Balayan 91 yaşında ölüb.
Yeniavaz.com xəbə verir ki, bu barədə onun oğlu Hayk Balayan məlumat yayıb.
Xankəndi şəhərində anadan olmuş Z.Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüsksarlaından və “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biri olub.
O, həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınmışdı. Bununla əlaqədar, Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.
2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılmış, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz