Putin Lev Tolstoyun nəticəsinə vətəndaşlıq verdi


Rusiya Prezidenti Vladimir Putin yazıçı Lev Tolstoyun nəslindən olan Daniil Tolstoya Rusiya vətəndaşlığı verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi internet portalında müvafiq fərman dərc edilib.
"Daniil Tolstoy, Lev Lvoviç Tolstoyun oğlu vasitəsilə Lev Nikolayeviç Tolstoyun nəticəsidir”, - deyə Lev Tolstoy “Yasnaya Polyana” Muzey-Qoruğunun mətbuat xidməti bildirib.
Daniil Tolstoy 1972-ci ildə İsveçdə anadan olub. O, özü müsahibəsində ailəsinin İsveçə 1917-ci ildə gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top