Zelenski Türkiyəyə getdi


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərə gedib.
Yenuavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.
Onun sözlərinə görə, rəsmi səfəri çərçivəsində Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“İstanbulda keçiriləcək görüşlər zamanı Ukrayna ilə ikitərəfli gündəlikdəki məsələlərin, regional hadisələrin, eləcə də İstanbul Prosesi başda olmaqla, atəşkəsin bərqərar edilməsi və davamlı həll yollarına yönəlmiş səylərin müzakirəsi daxildir”, - administrasiya rəsmisi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top