
Parlamentin spikeri Alen Simonyan bildirib ki, Rusiya qazının qiyməti artsa, Ermənistan KTMT və AİB-dəki iştirakını yenidən nəzərdən keçirə bilər.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əvvəllər elan edilmiş bəyanatlar yerinə yetirilərsə, belə bir ssenari mümkündür.
Simonyan qeyd edib ki, qaz qiymətləri Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşdə müzakirə olunub.
“Əgər belə bir qərar qəbul edilərsə, Ermənistan öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Amma düşünmürəm ki, bu, belə olacaq, çünki bundan sonra qapalı formatda çox yaxşı bir söhbət baş tutub – məhsuldar və səmərəli bir söhbət”, - deyə o bildirib.
Simonyan Ermənistanla Rusiya arasındakı münasibətlərin dialoqa əsaslandığını və həm problemli, həm də müsbət aspektləri əhatə etdiyini bildirib.
O, Ermənistan tərəfinin Rusiyaya qarşı heç bir atmadığını və atmaq niyyətində olmadığını qeyd edib.
“Biz Rusiyaya qarşı heç nə etməmişik və etmək niyyətində də deyilik, eyni zamanda Ermənistan Respublikasının maraqlarını müdafiə etmişik və müdafiə etməkdə davam edirik”, - Simonyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş nazirinin Moskvaya işgüzar səfəri çərçivəsində iki lider arasında keçirilən görüşdə Rusiya Prezidenti Ermənistanın Rusiyadan qazı Avropadakı bazar qiymətlərindən xeyli aşağı qiymətə (min kubmetr üçün 600 dollara qarşı 177,5 dollar) aldığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz