
Almaniya Bundesliqasında ən çox maaş alan oyunçuların adları açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, siyahını Fransanın nüfuzlu “L'Équipe” qəzeti təqdim edib.
“Bavariya”nın ingilis hücumşusu Harri Keyn və ingilis yarımmüdafiəçisi Camal Musiala ayda 2,1 milyon avro ilə siyahıda ilk iki yeri bölüşürlər.
Üçüncü yerdə ayda 1,75 milyon avro ilə “Bavariya”nın alman qapıçısı Manuel Noyer qərarlaşır.
Siyahını təqdim edirik:
1-2. Harri Keyn (“Bavariya”) - 2,1 milyon avro;
1-2. Camal Musiala (“Bavariya”) - 2,1 milyon avro;
3. Manuel Noyer (“Bavariya”) - 1,75 milyon avro
4-5. Coşua Kimmix (“Bavariya”) - 1,66 milyon avro;
4-5. Dayo Upamekano (“Bavariya”) - 1,66 milyon avro.
Tətbiqimizi yükləyə bilərsiniz