Masazır sakinlərinin yol problemi ilə bağlı açıqlama – Video + Yenilənib


Abşeron Rayon İcra Hakimiyyəti masazır sakinlərinin şikayərinə reaksiya verib.
"Qeyd edirik ki, sakinlərin ünvanladığı çoxsayılı vətəndaş müraciətlərini nəzərə alaraq cari ildə Abşeron RİH tərəfindən Masazır kəndinin şəhid Əsəd Əsədov, Seyid Əzim Şirvani, Şəfiqə Heybətova, Abşeron və Şəfiqə Axundova küçəsində asfaltlanma işləri aparılmış, ilin sonuna kimi isə Ziya Bünyadov küçəsində asfaltlanma işlərinin aparılması nəzərdə tutulmuşdur.
Həmçinin bildiririk ki, qəsəbədaxili daxili küçələr bələdiyyələrin balansında olduğundan həmin yolların saxlanılması, cari təmiri və abadlaşdırılması işləri yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə daxildir. Bələdiyyələrin büdcələri sakinlər tərəfindən ödənilən yerli vergilər hesabına formalaşdığından yeni küçələrin asfaltlanması və əsaslı təmiri maliyyə imkanları çərçivəsində mərhələli şəkildə həyata keçirilir", - açıqlamada qeyd olunur.

***04.04.2026, saat  14:48
Masazır qəsəbəsinin sakinləri yolların yararsız vəziyyətdə olmasından şikayətçidirlər.

Qəsəbə sakinlərinin Yeniavaz.com-a təqdim etdikləri görüntülərdə mövcud vəziyyət öz əksini tapıb.
Sakinlərin hazırlayıb və səsləndirdikləri videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top