ABŞ xüsusi təyinatlı qüvvələri İranda əməliyyata başladı


ABŞ xüsusi təyinatlı qüvvələri vurulan qırıcı təyyarənin itkin düşmüş heyət üzvünü xilas etmək üçün İranda əməliyyata başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The British Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, buna səbəb qırıcının iki ekipaj üzvünün katapult etməsi ilə bağlı xəbərlər olub.
ABŞ tərəfi hələ ki, belə bir əməliyyat barədə məlumat verməyib.
Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı İran səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top