Ronaldo 1000-ci qola bir az da yaxınlaşdı


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo karyerasının 966-cı və 967-ci qollarını vurub.
Yeniavaz.com
xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda “Əl-Nəcmə” ilə keçirilən matçda iki qol vurub. 5-2 hesabı ilə “Əl-Nəsr” klubunun xeyrinə başa çatan oyunda ulduz futbolçu qolları 56-cı (penaltidən) və 73-cü dəqiqələrdə reallaşdırıb. “Əl-Nəsr”dən digər qolları Abdullah Əl-Həmdan (45+8'),  Sadio Mane (45+9' və 90+5') urub.
Qeyd edək ki, portuqaliyalı futbolçu fevralın 28-də Səudiyyə Ərəbistanı çempionatının “Əl-Fayxa” ilə oyununda (3:1) zədələnmiş və matçın sonunda meydanı tərk etmək məcburiyyətində qalmışdı. Ronaldo reabilitasiya üçün Madridə getmiş və zədə ilə əlaqədar “Əl-Nəsr”in bir neçə liqa oyununu buraxmışdı. Həmçinin, o, Portuqaliyanın Meksika və ABŞ-yə qarşı yoldaşlıq oyunları üçün heyətinə daxil edilməmişdi.
Xatırladaq ki, bu mövsüm 41 yaşlı Ronaldo “Əl-Nəsr”in heyətində milli çempionatda 23 oyunda iştirak edib və 23 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top