Tatarıstandakı yanğında 7 nəfər ölüb


Tatarıstandakı “Nijnekamskneftekim” zavodunda baş vermiş yanğın nəticəsində yeddi nəfər dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə zavodun mətbuat xidməti məlumat yayıb. 
“Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, əməliyyat davam edir, daha beş nəfərin axtarışı aparılır:
“Beş nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə işləri fasiləsiz aparılır - axtarışlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər səlahiyyətli xidmətlər qoşulub. 200-dən çox insan və 20 ədəd texnika sutkalıq rejimdə çalışır”.
Qeyd edək ki, zavodda yanğın martın 31-də baş verib. Müstəntiqlərin sözlərinə görə, səbəb avadanlığın təzyiqinin aşağı salınmasından sonra təmizləmə işləri zamanı qaz qarışığının alovlanması olub.

DİGƏR XƏBƏRLƏR

Top