
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) axtarış əməliyyatı zamanı vurulan Amerika F-35 qırıcı təyyarəsinin pilotunu taparaq saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qırıcı təyyarənin pilot oturacağının görüntüləri amerikalıları çaşdırmaq üçün qəsdən yayımlanıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, F-35 qırıcı təyyarəsi cümə günü səhər İslam Respublikasının mərkəzi bölgələri üzərində vurulub.
Tətbiqimizi yükləyə bilərsiniz