Azərbaycanlı deputatlar finala çıxdılar – Fotolar


Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə təşkil olunan Türk Dünyası Parlamentlərarası Futbol Turniri Antalya şəhərində start götürüb.
Yeniavaz.com
“Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, yarış Serik rayonunun Kadriyə Turizm Mərkəzində yerləşən otellərdən birinin idman bazasında keçirilir.
Turnirdə Türkiyənin üç komandası ilə yanaşı Azərbaycan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) komandaları iştirak edir.
Açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəlib. Qarşılaşma Qırğızıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər matçlarında “Türkiyə 3” komandası “Türkiyə 2”ni 5:3, “Türkiyə 1” komandası isə “Türkiyə 3”ü 5:0 hesabı ilə məğlub edib.
Turnirin ikinci günündə ŞKTR Məclisinin komandası Qırğızıstan parlament komandası ilə qarşılaşıb və oyunda 4:3 hesablı qələbə qazanıb. Daha sonra ŞKTR komandası Azərbaycan Milli Məclisinin komandası ilə üz-üzə gəlib. Bu görüşdə Azərbaycan tərəfi 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Türk Dünyası Parlamentlərarası Futbol Turniri 4 aprel tarixində keçiriləcək və Azərbaycan - Türkiyə final oyunu ilə başa çatacaq.





DİGƏR XƏBƏRLƏR

Top