
Mart ayının əvvəlindən bəri İranda tibb müəssisələrinə 20-dən çox hücum həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat yayıb.
“1 martdan bəri ÜST İranda səhiyyə müəssisələrinə edilən 20-dən çox hücumu qeydə alıb və nəticədə bir tibb işçisi və bir İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşı da daxil olmaqla ən azı doqquz nəfər həlak olub”, - ÜST rəhbəri bildirib.
Onun sözlərinə görə, ümumilikdə İran paytaxtında çoxsaylı hücumlar qeydə alınıb. Məsələn, ölkənin və regionun ən qədim elmi tədqiqat mərkəzlərindən biri olan Tehrandakı Pastur İnstitutu ciddi ziyan gördüyüna görə fəaliyyətini dayandırıb.
Bundan əlavə, hücum zamanı psixiatriya xəstəxanası, həmçinin, xərçəng və skleroz üçün dərman istehsal edən əczaçılıq zavoduna ciddi ziyan dəyib.
Qebreyesus qeyd edib ki, bu hadisələrdə heç kim xəsarət almayıb.
Tətbiqimizi yükləyə bilərsiniz