
Əfqanıstanın Herat əyalətində yerli hakimiyyət orqanları qadınlar üçün geyim qaydalarını sərtləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Salam Vatandar” radiostansiyası məlumat yayıb.
Yeni qaydalara görə, qadınlar bədənə yapışan geyimlərdən imtina etməli, diqqəti cəlb etməyən geyimlərə üstünlük verməlidirlər.
“Bu baxımdan qadın geyimlərində əsas meyar geniş geyimlər olmalıdır. Dar geyimlər hicab prinsiplərinə ziddir”, - məlumatda qeyd edilib.
Radiostansiyanın məlumatına görə, bu proses maarifləndirmə və dinc qarşılıqlı əlaqə yolu ilə təşviq ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz