İran hücum hədəfi ola biləcək gəmilərin siyahısını hazırlayıb?


İran Hörmüz boğazında ABŞ və İsrail maraqları ilə bağlı hücuma məruz qala biləcək gəmilərin siyahısını hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın Misirdəki diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Firdovsipur məlumat verib.
“ABŞ və İsrailə kömək edən şirkətlərə məxsus gəmilər haqqında məlumatımız var və onlar bizim potensial hədəflərimizdir”, - deyə o bildirib.
Diplomatın sözlərinə görə, Kəşfiyyat Nazirliyi məlumatı Milli Təhlükəsizlik Şurasına ötürür, Şura isə bu məlumatları təsdiqləyərək İran silahlı qüvvələrinə təqdim edir.
Qeyd edək ki, İran daha əvvəl BMT-nin Beynəlxalq Dəniz Təşkilatına Tehranın düşmən hesab etmədiyi dövlətlərdən gələn gəmilərin Hörmüz boğazından keçə biləcəyi barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top