İranda 800 saatdan çoxdur ki, internet yoxdur...


İranda 800 saatdan çoxdur ki, internet yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NetBlocks” Beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
“İranda internetin kəsilməsi ardıcıl 35-ci gündür davam edir və 816 saatdan sonra qoşulma səviyyəsi normal səviyyənin 1%-də dayanıb”, - monitorinq xidməti qeyd edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb. SEPAH İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəfləri də zərbələrə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top