
Fransa və Cənubi Koreya prezidentləri Hörmüz boğazı ilə bağlı əməkdaşlıq edəcəklərini bildiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Cənubi Koreya Prezidenti Li Ce Myonq Hörmüz boğazı vasitəsilə ticarət və gəmiçiliyi dəstəkləmək məqsədilə birgə çalışacaqlarına söz veriblər.
İki lider bu açıqlamanı Makronun Şərqi Asiya ölkəsinə ilk rəsmi səfəri zamanı Seulda keçirilən birgə mətbuat konfransında veriblər.
Qeyd olunur ki, bu bəyanat Böyük Britaniyanın böhrana koordinasiyalı cavab tədbirlərini müzakirə etmək üçün 40 ölkənin iştirakı ilə təşkil etdiyi virtual görüşdən bir gün sonraya təsadüf edib.
Tətbiqimizi yükləyə bilərsiniz