
Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,18% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi son bir ildə 1,06 faiz bəndi artıb.
Qeyd edək ki, ötən ilin mart ayının əvvəlinə olan məlumatda göstərilib ki, kreditlər üzrə orta faiz dərəcəsi 13,39% olub.
Qeyd edək ki, son bir ildə milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi 14,81%-dən 15,55%-ə, xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 5,6%-dən 5,82%-ə yüksəlib.
Onu da bildirək ki, verilən kreditlərin 76,7%-i (23,1 milyard manat) paytaxt Bakının payına düşüb və burada verilən kreditlər üzrə orta faiz dərəcəsi 12,9% olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz