Təyyarə qəzası nəticəsində rus general da ölüb


Rusiya Şimal Donanmasının qarışıq aviasiya korpusunun komandiri general-leytenant Aleksandr Otroşçenko da 31 martda ilhaq edilmiş Krımda qəzaya uğrayan Rusiya hərbi nəqliyyat təyyarəsi An-26-nın göyərtəsində olub.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı BBC-yə iki mənbə təsdiqləyib.
Bildirilib ki, generalla birlikdə daha on zabit qəzada həlak olub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi aprelin 1-də An-26 təyyarəsinin qəzasını və altı heyət üzvü ilə 23 hərbçinin öldüyünü təsdiqləyib.
İlkin istintaqa görə, səbəb təyyarədəki texniki nasazlıq olub.

DİGƏR XƏBƏRLƏR

Top