
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsinin İslam Respublikasının mərkəzi bölgəsi üzərində vurulduğunu iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Qərargahın sözçüsü İran dövlət televiziyasında çıxış edib.
O bildirib ki, hücum İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.
Məlumata görə, ekipaj üzvlərinin katapultasiya etmə ehtimalı az olub.
Tətbiqimizi yükləyə bilərsiniz