Tramp baş prokuroru vəzifəsindən azad etdi


ABŞ Prezidenti Donald Tramp Pem Bondini Baş prokuror vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN və digər media orqanları mənbələrə istinadən məlumat yayıblar.
Mənbələrə görə, baş prokurorun müavini Todd Blanş Baş prokuror vəzifəsini icra etməyə başlayıb.
Tramp Bondi ilə 1 aprel axşamı görüşüb. “Fox News”un məlumatına görə, onların görüşü Trampın İrandakı müharibə ilə bağlı xalqa müraciət etməsindən əvvəl Oval Ofisdə baş tutub. Bondi istefas barədə görüş zamanı öyrənib.
Bu mənbələrdən biri bildirib ki, Tramp Amerika xalqına müraciətinə başlayanda Bondi artıq işini itirib və Floridaya qayıdıb.
CNN-in məlumatına görə, Tramp Ədliyyə Nazirliyindən ayrıldıqdan sonra Bondiyə hakim təyin oluna biləcəyini deyib.
Donald Tramp Bondini işdən çıxardığını təsdiqləyib. O, sosial media hesabında yazıb:
“Biz Pemi sevirik və o, yaxın gələcəkdə elan ediləcək özəl sektorda yeni, çox ehtiyac duyulan və vacib bir vəzifəyə keçəcək”.
Bondi 2025-ci ilin fevralın 5-dən Baş prokuror vəzifəsində işləyir. O, əvvəllər 2011-ci ildən 2019-cu ilə qədər Florida ştatının Baş prokuroru vəzifəsində çalışıb. 2019-cu ildə, Trampın səlahiyyətlərindən sui-istifadə ittihamı ilə ilk impiçmenti zamanı Pam Bondi onun vəkillərindən biri kimi işləyib.

DİGƏR XƏBƏRLƏR

Top