Çində dabaq xəstəliyi yayıldı − Rusiyada heyvanlar yoluxdu


Çinin şimal-qərbindəki Qansu əyaləti və Sincan Uyğur Muxtar Rayonunda iki mal-qara sürüsündə dabaq xəstəliyi aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, 6229 baş heyvan olan sürülərdə ümumilikdə 219 heyvan yoluxub.
Yoluxmuş heyvanlarda dabaq xəstəliyi virusunun SAT1 serotipi aşkar edilib. Agentlik qeyd edir ki, bu ştamma qarşı Çin istehsalı olan peyvəndlər təsirsizdir.
Nəşrin məlumatına görə, Çində dabaq xəstəliyinin SAT1 serotipi ilk dəfə aşkarlanıb. Əyalət hakimiyyəti mal-qaranı məhv edir və dezinfeksiya işləri aparır.
Qeyd edək ki, Sincan Uyğur Muxtar Rayonu, 2025-ci ilin sonlarından bəri mal-qara arasında xəstəliyin yayılmasından təsirlənən Rusiyanın bölgələrindən biri olan Altay Respublikası ilə həmsərhəddir. 2026-cı ilin fevral-mart aylarında karantin tədbirləri Sibirdə 87.500 ilə 90.500 arasında heyvana təsir göstərib.
Hakimiyyət orqanları kütləvi qırğını quduzluq və pasterellyozun yayılması ilə əlaqələndirib. Lakin pasterellyoz zamanı məhv edilmə tələb olunmur və antibiotiklərlə müalicə olunur. Rusiya media orqanlarındakı mütəxəssislər və mənbələr bunun daha ciddi bir xəstəlik - dabaq xəstəliyi ola biləcəyini ehtimal edirlər. Bu xəstəliyin yayılması ət və süd məhsullarının ixracına qadağa qoyulmasına səbəb ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top