
Fransa Prezidenti Emmanuel Makron, həyat yoldaşının onu döyməsi ilə bağlı zarafat edən ABŞ-li həmkarı Donald Trampa cavab verib.
Yeniavaz.com xəbər verir ki, Fransa lideri bu açıqlamanı Koreya Respublikasına gedərkən jurnalistlərə verib.
“Eşitdiyim və istinad etdiyiniz ifadələr zərif və layiqli deyil. Vəssalam. Buna görə də, mən onlara cavab verməyəcəyəm; onlar cavab almağa layiq deyillər”, - Makron deyib.
O əlavə edib ki, ABŞ prezidenti İranla davam edən hərbi münaqişə və artan enerji qiymətlərinin ağır vəziyyəti fonunda bu cür açıqlamalar verib. Buna görə də Makron münaqişənin deeskalasiyasına və onun həlli üçün danışıqlara diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl Tramp İranla davam edən münaqişə fonunda ABŞ və NATO ölkələri arasındakı münasibətlərlə bağlı danışarkən Makronun ailə vəziyyəti ilə bağlı zarafat etmişdi. O, Fransa liderinin həyat yoldaşının “ona çox pis davrandığını” və “hələ də çənəsindən aldığı yumruqdan sonra özünə gəlmədiyini” deyib.
Tətbiqimizi yükləyə bilərsiniz