
Moldova parlamenti Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əsas müqavilələri ləğv etmək üçün səs verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 101 deputatdan 60-ı müvafiq qanunların lehinə səs verib.
Bildirilib ki, “Kommunist partiyası” və “Sosialist partiyası”ndan olan deputatlar əleyhinə səs veriblər. Onlar hesab edirlər ki, Moldovanın MDB-dən çıxması ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacaq.
Bundan sonra qəbul edilmiş qanunlar Moldova prezidenti tərəfindən imzalanmalıdır. Daha sonra Xarici İşlər Nazirliyi bütün sənədləri MDB İcraiyyə Komitəsinə təqdim edəcək və ölkə 12 ay sonra təşkilatdan çıxacaq.
Moldova hakimiyyəti MDB-dən çıxmaq planlarını ilk dəfə 2023-cü ilin dekabrında, Rusiya Prezidenti Vladimir Putinin Moldovanın MDB-də iştirakının “az əhəmiyyət kəsb etdiyini” deməsindən sonra açıqlayıb. Əvvəlki illərdə Gürcüstan (2008-ci ildə) və Ukrayna (2018-ci ildə) MDB-dən çıxıblar.
Tətbiqimizi yükləyə bilərsiniz