Bank filiallarının sayı artıb, işçilərin sayı azalıb


Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 277 nəfər işçi çalışır.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar və fevral ayları ərzində bank işçilərinin sayı 0,4% və ya 112 nəfər azalıb.
Qeyd edək ki, son 2 ay ərzində ölkədə bank filiallarının sayı 502-dən 505-ə yüksəlib, bank şöbələrinin sayı isə 87-dən 85-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı son 2 ayda 3 486-dan 3 507-ə yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top