
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirirdiyi brifinq zamanı ilə bir jurnalist ilə aralarında sözlü mübahisə baş verib.
Yeniavaz.com xəbər verir ki, jurnalist hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müxtəlif tədbirlər zamanı fəaliyyətinə maneələr yaradıldığını iddia edərək sual ünvanlayıb.
Buna cavab olaraq Paşinyan sərt reaksiya verib. O, jurnalisti tez-tez təhlükəsizlik əməkdaşlarının işinə mane olmaqda ittiham edərək bildirib ki, “siz daim onların ayağına dolaşırsınız, hətta onlar sizə toxunmadıqları üçün minnətdar olmalısınız”.
Baş nazir yüksək tonla çıxışını davam etdirərək jurnalistə “sualınızı verdiniz, susun, əks halda buradan çıxarılacaqsınız” deyə xəbərdarlıq edib. O, həmçinin jurnalistin qəsdən yerə uzandığını və bununla hüquq-mühafizə əməkdaşlarını təxribata çəkməyə çalışdığını iddia edib.
Jurnalist isə cavabında Paşinyanın özünün də vaxtilə etiraz aksiyaları zamanı oxşar davranış sərgilədiyini, o cümlədən nəqliyyat vasitələrinin qarşısına uzandığını xatırladıb. Baş nazir buna cavab olaraq bildirib ki, jurnalist də belə addım atmaq istəyirsə, bunu əvvəlcədən elan etməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz