Paşinyan Moskvaya niyə gedib? – Rusiya bu təklifi qəbul etmir


Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri Qərbin təkidi ilə baş tutub və Qərb ona “Cənubi Qafqaz Dəmir Yolu” şirkətilə bağlısı məsələni mümkün qədər tez həll etmək üçün təzyiq göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti hökumətyönlü mənbələrə istinadən məlumat yayıb.
“Hraparak”ın məlumatında qeyd olunub ki, bu görüşün Paşinyanın xahişi ilə baş tutmasını baş nazirin özü brifinqdə açıqlayıb. 
Bildirilir ki, Rusiya Ermənistan hökumətinin dəmir yolu ilə bağlı niyyətlərinə kəskin reaksiya verdikdən və nəqliyyat naziri Andrey Nikitin Moskvanın Ermənistan dəmir yolunun idarə olunması üçün konsessiyanın Qazaxıstana verilməsi barədə danışıqlar aparmadığını bildirdikdən sonra Paşinyanın “xarici ağaları” onu Moskvaya getməyə və bu məsələni həll etməyə təşviq ediblər.
“Hraparak”ın məlumatına görə, Paşinyan 26 martda bildirib ki, Yerevan bu məsələ ilə bağlı Rusiya ilə razılığa gəlinəcəyi təqdirdə Ermənistan dəmir yolunun idarə olunmasının Qazaxıstan konsessiyasına verilməsi variantına qarşı deyil.
Məlumat üçün bildirək ki, Ermənistan dəmir yollarını idarə edən Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin üçüncü tərəfə satılması ilə bağlı məsələyə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk sərt münasibət bildirib. Overçuk TASS agentliyinə müsahibəsində bildirib ki, Ermənistanla bağlı vəziyyəti sözlərə görə deyil, əməllərə görə qiymətləndirəcəyik:
“Bizim üçün aydındır ki, “Cənubi Qafqaz Dəmir Yolu” konsessiyasının hər hansı üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur. Onlar (Ermənistan hökuməti –red.) əvvəlcə özəl elektroenergetika şirkətinin mülkiyyət hüququnu əlindən aldılar, indi isə dəmir yolu konsessiyası məsələsi qaldırıblar”.
“Buna necə reaksiya vermək olar?” – deyə Aleksey Overçuk sual edib.
Aleksey Overçuk müsahibəsində bildirib ki, Paşinyan Meğri rayonu (“Zəngəzur dəhlizi” – red.) ərazisindən keçəcək dəmir yolu xəttinin Rusiyanın nəzarətində olmasının bəzi dövlətlər tərəfindən qəbul edilmədiyini deyib:
“Ermənistan Baş naziri Nikol Paşinyan müsahibə verərək Rusiyanın Ermənistanın inkişafına maneələr yaratdığını bildirib. O, dəmir yollarının idarə olunması hüququnun həm Rusiya, həm də Ermənistan üçün dost olan bir ölkəyə (Qazaxıstan nəzərdə tutulu – red.) satmasını təklif etdi. Mövcud şərait nəzərə alınmaqla, İran ilə sərhədə birbaşa bitişik olan Meğri hissəsinin Amerikanın nəzarətinə keçməsi də investisiya nikbinliyinə səbəb olmur”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top