
Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tofiq Yaqublu 9 il, onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci, 320-ci, 320.1-ci və 320.2-ci maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 və 320-ci maddələri ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Tətbiqimizi yükləyə bilərsiniz