
Rusiya və Ermənistan 2025-ci ildə qarşılıqlı ticarətdə 5,1 milyard dollar itiriblər.
Yeniavaz.com xəbər verir ki, Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.
“2024-cü ilin sentyabr ayında biz erməni həmkarlarımızın diqqətini onların Aİ-yə üzvlüklə bağlı danışıqlarının Rusiya sahibkarlarının Ermənistanla ticarətə münasibətinə mənfi təsir göstərdiyinə yönəltdik. Təkcə Aİ ilə yaxınlaşma danışıqları Rusiya-Ermənistan münasibətlərinə 5,1 milyard dollara başa gəldi”, - deyə Aleksey Overçuk qeyd edib.
Rusiya Baş nazirinin müavini konkret rəqəmlər gətirərək bildirib ki, 2024-cü ilin sonuna qədər Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarətin həcmi 11,5 milyard dollar təşkil edib və ilkin məlumatlara görə, 2025-ci ildə təxminən 6,4 milyard dollara qədər azalacaq.
“Sizcə, əgər rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa, Rusiyada erməni biznesinin mövcudluğuna rus sahibkarlar necə reaksiya verəcəklər? Və bundan sonra nə baş verəcək? Düşünürəm ki, nə Ermənistanda, nə də Rusiyada bu sualın cavabını öyrənmək istəyirlər, halbuki cavab aydındır,” – deyə Overçuk bildirib.
Rusiya Baş nazirinin müavini həmçinin bildirib ki, Ermənistan dəmir yolu, əgər yaşayarsa, öz iqtisadiyyatının ehtiyaclarını ödəyən bir xətt olaraq qalacaq: “Bizim marağımız regiondakı bütün dövlətlər kimi Ermənistanla ticarətin artırılmasıdır, lakin bizə deyilirsə ki, Ermənistanda Rusiya şirkətlərinin olması Ermənistanın maraqlarına uyğun deyil, onda qarşılıqlı prinsipə əsaslanaraq belə bir sual vermək olar: əgər Rusiya şirkətləri və sahibkarları Ermənistanda fəaliyyət göstərə və pul qazana bilmirlərsə, onda niyə Ermənistan şirkətləri və sahibkarları Rusiyada fəaliyyət göstərə və pul qazana bilərlər?”, - deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz