Mart ayında Türkiyədə yanacağın qiyməti 13 dəfə artıb


Qlobal neft qiymətlərində müşahidə olunan artım fonunda Türkiyədə yanacaq qiymətlərinin yüksəlişi davam edir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, son bir ay ərzində 13 dəfə bahalaşan yanacaq qiymətləri dünən axşamdan etibarən yenidən artırılıb.
Dizel yanacağının qiyməti hər litr üçün 2,5 lirədən çox (10 qəpik) artıb. Bu artımdan sonra ölkənin qərb bölgələrində dizelin qiyməti 80 lirəyə (3,05 manat) yaxınlaşıb. Aprelin ilk günündə ölkədə ən bahalı dizel yanacağı şərqdə yerləşən Hakkari əyalətində satılır. Burada dizelin qiyməti 80 lirə 24 kuruşa (3,06 manat) çatıb.
Mart ayının əvvəlindən indiyədək İstanbulda benzinin qiyməti litr üçün 59 lirədən (2,25 manat) 63 lirəyə (2,41 manat) yüksəlib. Eyni dövrdə dizel yanacağının qiyməti daha kəskin artaraq 61 lirədən (2,33 manat) 78 lirəyə (2,98 manat) çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top