
“ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərini Hörmüz boğazının müdafiəsinə qoşulmağa məcbur etmək üçün Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, mart ayında Tramp ABŞ-İsrail müharibəsindən bəri bağlanmış Hörmüz boğazından keçən gəmiçiliyin yenidən açılmasında ABŞ-yə NATO-nun dəniz qüvvələrindən kömək tələb edib:
“Avropa ölkələri bundan imtina edib, bundan sonra Tramp Avropa ölkələri tərəfindən maliyyələşdirilən Ukrayna üçün Amerika silahlarının alınması üzrə NATO təşəbbüsü olan PURL proqramından çıxmaqla hədələyib.
Qısa müddət sonra NATO-nun baş katibi Mark Rutte 19 martda əsas ittifaq ölkələrindən - Fransa, Almaniya və Böyük Britaniyadan - birgə bəyanat qəbul edərək töhfə verməyə və Hörmüz boğazından təhlükəsiz keçidi təmin etməyə hazır olduqlarını bildirib”.
“Birgə bəyanatda israr edən Rutte idi, çünki Tramp PURL-dan çıxmaqla və Ukraynanı tamamilə dəstəkləməyi dayandırmaqla hədələyib”, - rəsmi mənbə deyib.
İki digər mənbəyə görə, Rutte bəyanatın dərc olunmasından iki gün əvvəl Tramp və ABŞ dövlət katibi Marko Rubio ilə bir neçə telefon danışığı edib.
Başqa bir mənbə bildirib ki, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri ilə telefon danışığı zamanı Rutte Trampın avropalıların Hörmüz boğazını müdafiə etməkdən imtina etməsindən qəzəbləndiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz