“İran müharibəyə təxminən 1 trilyon xərcləyib” − Netanyahu


“İran davam edən müharibəyə təxminən 1 trilyon dollar xərcləyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail televiziyasında yayımlanan xalqa müraciətində ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu bir daha bildirib ki, Tehran qəsdən İsraili məhv etməyə, Yaxın Şərqi ələ keçirməyə və bütün dünyanı təhdid etməyə çalışıb.
Qeyd edilib ki, bu məqsədlə İslam Respublikası sərt sanksiyalara məhəl qoymadan nüvə və raket proqramlarının inkişafına əhəmiyyətli dərəcədə vəsait ayırıb.
“İndi sizə demək istəyirəm ki, illər ərzində bütün bunlar İrana təxminən 1 trilyon dollara başa gəlib. Deyə bilərik ki, 1 trilyon dollar boşa xərclənib”, - İsrailin Baş naziri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top