Putin Kremldə Paşinyanla görüşdü


Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, danışıqlar Kremldəki Senat sarayının Nümayəndələr kabinetində keçirilir.
Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, Rosatom-un baş direktoru Aleksey Lixaçev, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozyorov, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev, Rusiya xarici işlər naziri Sergey Lavrov, Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin mətbuat katibi Dmitri Peskov iştirak edirlər.
Qeyd edək ki, daha öncə verilən məlumata görə, Putin və Paşinyan Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivlərini, eləcə də Avrasiya regionunda inteqrasiya əməkdaşlığını müzakirə edəcəklər.
Görüşün gündəliyinə həmçinin cari regional məsələlər, xüsusən də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı daxil olacaq.

DİGƏR XƏBƏRLƏR

Top