
“Samsung” flaqman “Galaxy S26” seriyalı smartfonları üçün aprel təhlükəsizlik “patç”ini açıqlayıb.
Yeniavaz.com "SamMobile”ə istinadən xəbər verir ki, yeni proqram təminatını ilk olaraq Cənubi Koreyadakı istifadəçilər əldə edib.
547 MB-lıq yenilənmə 2026-cı ilin aprel təhlükəsizlik “patç”ından ibarətdir, lakin şirkət həll edilən zəifliklərin ətraflı siyahısını açıqlamayıb və sistemin təhlükəsizlik yeniləməsi ilə bağlı standart bildirişlə kifayətlənib.
Əvvəlki buraxılışlarda olduğu kimi, yeniləmənin heç bir yeni xüsusiyyət əlavə etmədən “One UI” interfeysindəki və “Android” əməliyyat sistemindəki zəiflikləri aradan qaldıracağı gözlənilir. Yeniləmənin yaxın bir neçə gün ərzində digər ölkələrdə də yayımlanması gözlənilir.
Qeyd edək ki, şirkətin cihazları əvvəllər “Quick Share” istifadə edərək “iPhone”lara və “iPhone”lardan fayl köçürmələrini dəstəkləyən xüsusiyyət yeniləməsi almışdı. Şirkətin məlumatına görə, bu xüsusiyyət “Galaxy S22–S25” seriyası və bəzi “Galaxy A” seriyalı cihazlar da daxil olmaqla bir sıra əvvəlki modellər üçün də mövcud olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz