ABŞ hərbi təyyarəsi Tbilisiyə eniş edib


ABŞ-yə məxsus hərbi yük təyyarəsi – “Boeing C-17A Globemaster III” Gürcüstana uçuş həyata keçirib.
Yeniavaz.com
BMG agentliyinə istinadən xəbər verir ki, təyyarə “Ramstein Air Base” (Almaniya) hərbi bazasından havaya qalxaraq Tbilisi istiqamətində hərəkət edib.
Uçuş yerli vaxtla saat 16:00-da Tbilisi beynəlxalq hava limanında uğurla başa çatıb.
Uçuşun məqsədi ilə bağlı rəsmi açıqlama verilməyib. Lakin belə tip təyyarələr adətən hərbi texnika, logistika avadanlıqları və ya humanitar yüklərin daşınması üçün istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top