“ABŞ NATO-dan çıxmağı nəzərdən keçirir” – Tramp


ABŞ Prezidenti Donald Tramp NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “The Daily Telegraph” qəzetinə müsahibəsi zamanı danışıb.
Tramp buna əsas kimi blokun İrana qarşı hərbi əməliyyata kömək etməkdən imtina etməsi olduğunu göstərib.
ABŞ prezidenti həmçinin, NATO-nu “kağız pələng” adlandıraraq, ittifaqa heç vaxt böyük rəğbət bəsləmədiyini qeyd edib.
“NATO məni heç vaxt inandıra bilmədi. Mən həmişə bilirdim ki, bu, kağız pələngdir”, - deyə Amerika lideri əlavə edib.
Tramp bu mövqeyi rusiyalı həmkarı Vladimir Putinin də bölüşdüyünü bildirib.
Qeyd edək ki, aprelin 1-də ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına verdiyi müsahibədə NATO müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatda amerikalılara kömək etməkdən imtina etməsi ilə bağlı şərh verib. Diplomat bildirib ki, ABŞ-nin öz maraqlarını qorumaq üçün NATO-ya üzv ölkələrin bazalarından istifadə edə bilməyib. Bu baxımdan, o, rəsmi NATO-nu “birtərəfli küçə” adlandırıb. O, qeyd edib ki, Amerika qoşunları qitəni müdafiə etmək üçün Avropadadır. Lakin ABŞ-nin özü lazım olduqda heç bir kömək ala bilmir. Bu fonda Rubio Vaşinqtonu “NATO-nun əhəmiyyətini” yenidən nəzərdən keçirməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top