“YouTube”da ən çox hansı TV kanalları izlənilir?


Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış saylarının müqayisəsi göstərir ki, 2026-cı ilin mart ayında ən çox izlənən kanal “Baku TV” olub.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatları sosial mediada auditoriya aktivliyini və kontent effektivliyini analiz edən “Feedspy” platforması açıqlayıb.
Qeyd edək ki, “Baku TV”nin baxış sayı ötən ilin mart ayında 67 milyon 80 min 220 olduğu halda bu ilin mart ayında 2,6 dəfə artaraq 176 milyon 443 min 73-ə yüksəlib.
Son bir ildə baxış sayını ən çox artıran kanal isə CBC TV olub. Bu kanalın baxış sayı bir il ərzində 9,9 dəfə artaraq ötən ilin mart ayındakı 14 milyon 555 min 398-dən bu ilin mart ayında 144 milyon 681 min 134-ə çatıb.
Baxış sayını ən çox artıran kanallar arasında həmçinin ARB 24 (4,1 dəfə artıb), Real TV (3,8 dəfə artıb) və İdman TV (3,7 dəfə artıb) yer alıb.
Cədvəldə son 2 ilin mart aylarında Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının “YouTube” üzərindən yayımlanan məzmunlarına baxış sayları qeyd olunub:


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top