
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Komitənin bu ilin ilk yarısında keçirəcəyi tədbirlərin təşkili xidmətləri ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN – 2002644161) olub.
Qeyd edək ki, Dövlət Komitəsi tenderin qalibi olan şirkətə 1 milyon 971 min 83 manat 80 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz