DÇ-nin bütün iştirakçıları müəyyənləşdi – Türkiyə millisinin oyun saatları


2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək bütün 48 komanda artıq müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu, ötən gecə baş tutan pley-off mərhələsinin final qarşılaşmalarından sonra dəqiqləşib.
Seçilən komandalar arasında 24 ildən sonra yenidən mundiala qatılmaq hüququ qazanan Türkiyə millisi də yer alır. Son iki dünya çempionatını buraxan İtaliya yığması bu dəfə də final mərhələsinə vəsiqə əldə edə bilməyib.
DÇ-2026-nın qrupları belə formalaşıb:
A qrupuCənubi Afrika, Çexiya, Cənubi Koreya, Meksika
B qrupuQətər, Bosniya və Herseqovina, İsveçrə, Kanada
C qrupuHaiti, Şotlandiya, Mərakeş, Braziliya
D qrupuAvstraliya, Türkiyə, Paraqvay, ABŞ
E qrupuKot-d'İvuar, Ekvador, Kurasao, Almaniya
F qrupuTunis, İsveç, Yaponiya, Niderland
G qrupuİran, Yeni Zelandiya, Misir, Belçika
H qrupuSəudiyyə Ərəbistanı, Uruqvay, Kabo-Verde, İspaniya
I qrupuNorveç, İraq, Seneqal, Fransa
J qrupuAvstriya, İordaniya, Əlcəzair, Argentina
K qrupuÖzbəkistan, Konqo Demokratik Respublikası, Kolumbiya, Portuqaliya
L qrupuQana, Panama, Xorvatiya, İngiltərə

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Bu turnir tarixə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial kimi düşəcək və yarış 11 iyundan 19 iyuladək davam edəcək.
Onu da bildirək ki, Türkiyə yığmasının D qrupundakı bütün oyunları Bakı vaxtı ilə səhər saatlarında keçiriləcək.
Türkiyənin qrup mərhələsində keçiriləcək görüşlərinin təqvimi belədir:
14 iyun, saat 08:00 (Bakı vaxtı ilə)
Avstraliya – Türkiyə
(Vankuver şəhərində baş tutacaq)
20 iyun, saat 08:00 (Bakı vaxtı ilə)
Türkiyə – Paraqvay
(Santa Klara şəhərində keçiriləcək)
26 iyun, saat 06:00 (Bakı vaxtı ilə)
Türkiyə – ABŞ
(İnqlvud şəhərində oynanılacaq)


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top