
Gürcüstanda 103 xarici vətəndaş deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində ümumilikdə Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tayland və digər ölkələrin vətəndaşları deportasiya olunub.
Bildirilib ki, ölkə üzrə aparılan intensiv və genişmiqyaslı tədbirlər nəticəsində yalnız 2026-cı ilin mart ayında Gürcüstandan 3604 qanunsuz xarici vətəndaş çıxarılıb, ilin ilk rübündə isə 904 xarici vətəndaş deportasiya edilib.
Qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.
Tətbiqimizi yükləyə bilərsiniz