
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Art Point Reklam” MMC (VÖEN – 1304435081) seçilib.
Qeyd edək ki, tender müsabiqəsi 135 min ədəd hərbi biletin çapı ilə bağlıdır. Çap olunacaq hərbi biletlərin 130 min ədədi əsgər və çavuşlar üçün, 5 min ədədi isə ehtiyatda olan zabitlər üçün nəzərdə tutulur.
Tender müsabiqəsinin ümumi dəyəri 398 min 250 manat təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Dövlət Xidməti bir ədəd hərbi biletin çapı üçün 2 manat 95 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Art Point Reklam” MMC -nin hüquqi ünvanı Yasamal rayonu, Alatava 1, ev 103-də yerləşir. Şirkətin qanuni təmsilçisi İbrahimov Tural Möhsün oğludur.
Onu da qeyd edək ki, daha əvvəl analoji tenderin qalibi “İndiqo” MMC olub. “İndiqo” MMC isə 45 min ədəd hərbi bileti 265 min 500 manata (bir ədədi 5 manat 90 qəpik) çap edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz