
İsrail İran təhlükəsinə qarşı Yaxın Şərq ölkələri ilə yeni ittifaqlar qurur.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İsrail televiziyası ilə yayılan xalqa müraciətində bildirib.
“İndiyə qədər biz İranla təkbaşına döyüşmüşük. Bu gün biz ABŞ ilə çiyin-çiyinə vuruşuruq, ABŞ Prezidenti Donald Trampla mənim aramda, eləcə də, ABŞ ordusu ilə İsrail Müdafiə Qüvvələri arasında misli görünməmiş tarixi əməkdaşlığı qoruyub saxlayırıq. Biz təkcə ABŞ ilə müttəfiqliyimizi gücləndirmədik, həm də regiondakı mühüm ölkələrlə ortaq İran təhlükəsinə qarşı yeni müttəfiqliklər qururuq”, - Netanyahu qeyd edib.
Ancaq İsrailin baş naziri hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
Tətbiqimizi yükləyə bilərsiniz