
Ukraynada döyüşlərdə daha bir azərbaycanlı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb.
Məlumata görə, martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlər zamanı Məmmədov Rəşad Fəzail oğlu həlak olub.
Bildirilir ki, o, müharibənin ilk günlərindən etibarən Ukrayna ordusunun tərkibində xidmət edib və cəbhənin ən gərgin nöqtələrində döyüşlərə qatılıb.
Rəşad Məmmədov döyüşlər zamanı bir neçə dəfə yaralansa da, sağaldıqdan sonra yenidən xidmətinə davam edib.
Tətbiqimizi yükləyə bilərsiniz