
Qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 4 700 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası məlumat yayıb.
Ticarət platformasının yaydığı məlumatda bildirilir ki, Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti 1 troya unsiyası üçün 4 701,1 dollara (+3,15%) çatıb.
Bakı vaxtı ilə saat 22:25-ə olan məlumata görə, qızılın qiyməti artımını ləngidərək, bir troy unsiyası üçün 4 694,9 dollar (+3,01%) təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz