
“Kataib Hizbullah” qruplaşmasının Bağdadda CNN jurnalisti Şelli Kitlsonu qaçırdığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun həmkarı Aleks Plitsas məlumat yayıb.
Onun sözlərinə görə, Kitlsonun harada olduğu və vəziyyəti məlum deyil.
İraq Daxili İşlər Nazirliyi daha əvvəl martın 31-i silahlıların xarici jurnalisti qaçırdığını bildirmişdi. Əmirliklərin “The National” nəşri qaçırılan şəxsin Kitlson olduğunu bildirir. Şübhəlilərdən birinin saxlanıldığı bildirilir. Digər qaçıranlar üçün axtarış aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz