
“Liverpul”un hücumçusu Huqo Ekitike İngiltərə klubunda uğurlu debütdən sonra “Real Madrid”in diqqətini cəlb edib.
Yeniavaz.com xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, İspaniya nəhəngi onun sürətli inkişafını diqqətlə izləyir və onu transfer etmək imkanlarını qiymətləndirir.
Ekitike 2025-ci ilin iyul ayında Almaniyanın “Ayntraxt Frankfurt” klubundan “Liverpul”la altı illik müqavilə imzalayıb. Müqavilə altı il müddətinə və 2031-ci ilin iyun ayına qədər qüvvədədir.
Ekitike əvvəllər “Reyms" və “Paris Sen-Jermen”də oynayıb. Bu mövsüm hücumçu bütün yarışlarda 42 oyunda meydana çıxıb, 17 qol vurub və altı məhsuldar ötürmə edib. “Transfermarkt” Ekitikenin dəyərini 90 milyon avro qiymətləndirir.
Tətbiqimizi yükləyə bilərsiniz