Moskvada yeddi yaşlı qız 88 min dolları pəncərədən atdı


Moskvanın Meşçanski rayonunda yeddi yaşlı qız anasının içində 88 min dollar olan çantasını pəncərədən atıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiya KİV-də dərc olunan məlumatlara görə, qız anası ilə mübahisə edib və ondan qisas almaq qərarına gəlib.
Bildirilib ki, səpələnmiş əskinasların bəzilərini yeniyetmələr yığıb.
“Mash”ın məlumatına görə, yeniyetmələr 83 min dolları götürüb qalanını yandırıblar.
Bildirilir ki, küçəyə düşən əskinasların bəzilərini isə quşlar götürüb.
“İndi qarğalar dimdiklərində əskinaslarla təəccüblənən piyadaların başlarının üstündən uçurlar”, - REN TV yazır.
Pulun qalan hissəsinin artıq sahiblərinə qaytarıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top