
Sabah Bakının Xəzər və Qaradağ rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, paytaxtın Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızması aradan qaldırılacaq.
Bu məqsədlə aprelin 1-də saat 10:00-dan etibarən Sahil, Qala və Buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz